Mərkəzsiz Maliyyə (DeFi) Nədir və Necə İşləyir? - Ətraflı Bələdçi
Bugün DeFi, yani mərkəzsiz maliyyə nə deməkdir onu danışacağıq. Mərkəzsiz maliyyə, faiz qazanma, kredit istifadə etmə, borc vermə, sığorta satın alma kimi ənənəvi maliyyə sistemində həyata keçirilən bütün əməliyyatları blok zənciri üzərində daha sürətli təmin edən bir sistemdir. Əsasən Ethereum olmaqla hər kəsə açıq blok zəncirləri üzərində bu xidmətlər vasitəçiyə ehtiyac olmadan həyata keçirilir. Bu ekosistemin məqsədi rəqəmsal cüzdana sahib olan hər kəsin bu imkanlardan faydalanma hüququnun təmin edilməsidir. Ənənəvi maliyyə sistemində olduğu kimi formalar və bürokratik proseslər olmadan rəqəmsal bir cüzdan və internete sahib olan hər kəsin maliyyə xidmətlərindən yararlanmasını təmin edir. DeFi-də Hansi Əməliyyatlar Aparılır? Bu sistemdə siz kripto aktivlərinizi borc verməklə faiz qazana və ya ehtiyac duyduğunuz zaman borc götürə bilərsiniz. Ya da hər hansı bir kripto pulu başqa bir kripto pul ilə dəyişdirməniz də mümkündür. Kripto varlıqlarınızı avtomatik olaraq idarə edən protokol